Arif Əsədov milli komandadan ayrıldı

18:15 - 2 Avqust 2024

Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov yığmadan ayrılıb.

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

O, UEFA-nın Məşqçi Kurslarında təlimatçı kimi fəaliyyətini davam etdirəcək.

Xəbər xətti