Slovakiya yığmasının məşqçisi: "Həmin matçda Azərbaycan millisi keyfiyyətini ortaya qoyaraq qalib gəldi"

15:23 - 3 Avqust 2024

Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsonanın köməkçilərindən biri olan Pavol Farkaş Sportal.az saytına açıqlama verib.

Vaxtı ilə “Qəbələ”nin formasını geyinmiş slovakiyalı Azərbaycan millisi haqda danışıb. Məsələ burasındadır ki, Slovakiya yığması Millətlər Liqasının C Liqasının 1-ci qrupunda İsveç, Estoniya və Azərbaycanla eyni qrupda mübarizə aparacaq.

Farkaş isə millimizlə eyni qrupda yer almaqlarını bu cür şərh edib: "Azərbaycan millisi yaxşı komandadır. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Azərbaycan yığmasının heyətində yaxşı futbolçular var. Amma məncə biz inkişaf əldə etmişik. Ümidvaram ki, Azərbaycanla matçlarda qalib gələcəyik”.Doğrudur, Azərbaycan son matçda bizi 2:1 hesabı ilə məğlub etdi. Lakin bərabərsəviyyəli oyun gedirdi. Azərbaycan matçın sonunda keyfiyyətini ortaya qoyaraq qalib gəldi. Bayaq da dedim, Azərbaycan çox yaxşı komandadır. Qarşıdakı oyunlar da asan keçməyəcək".

Sonda isə sabiq “Qəbələ”li AVRO-2024-də Slovakiya millisinin pis çıxış etmədiyini bildirib: "Avropa çempionatında bütün oyunları yaxşı oynadıq. İngiltərə ilə görüşdə isə böyük nəticəyə yaxın idik. Təəssüf ki, alınmadı. Hər halda, işləməyə davam edirik. Millidəki işimiz də davam edir. Yeni tsikldən də millidə işləməyə davam edəcəm".

Mirbağırağa

Xəbər xətti