“Napoli”nin hücumçusu Viktor Osimhen İtaliyada qalacaq.
Sportal.az “Sky Sport”a istinadən xəbər verir ki, Neapol klubunun aparıcı üzvü “Çelsi”yə icarəyə yollanmaqdan imtina edib.
“Zadəganlar” Nigeriya millisinin oyunçusu ilə maraqlansalar da, maliyyə qaydalarına görə transfer edə bilmirlər. Eyni zamanda Osimheni icarəyə götürmək istəyirlər, lakin tam transferə ümid edən futbolçu bu gedişatı bəyənməyib.
Osimhen 2020-ci ildə "Lill"dən "Napoli"yə keçərək İtaliya çempionu olub. Onun transfer qiyməti 100 milyon avro qiymətləndirilir.