Millinin hücumçusu ağır zədə aldı: 6-7 ay oynamayacaq

17:13 - 5 Avqust 2024

İtaliyanın "Atalanta" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Berqamo təmsilçisinin hücumçusu Canluka Skamakka sıradan çıxıb. 25 yaşlı futbolçu "Parma" ilə keçirilən hazırlıq matçında (1:4) zədələnib. 

İtaliya millisinin üzvünün ön çarpaz bağları qopub. O, 6-7 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Atalanta" Canluka Skamakkanı ötən ilin yayında "Vest Hem"dən transfer edib. İtalyan forvard A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti