İtaliya millisinin üzvü Federiko Kyeza karyerasını başqa klubda davam etdirməyi planlaşdırır.
Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, "Yuventus"la müqaviləsi gələn il başa çatacaq italiyalı "İnter"ə keçidə müsbət yanaşır.
Amma bunun üçün "İnter" qarşı tərəfə tələb olunan təzminat məbləğini ödəməlidir.
"Nerazzura" 26 yaşlı futbolçunu transfer etmək üçün Davide Frattesini də qarşı tərəfə təklif edib.
Hazırda danışıqlar davam etdirilir.
saytlarin hazirlanmasi