Millimizin baş məşqçisi: "Əsl döyüşçü, fədakarlıq nümunəsi olub"

14:34 - 9 Avqust 2024

Azərbaycan milli komandasının baş məşqçisi Fernando Santuş Portuqaliya yığmasının sabiq müdafiəçisi Pepenin karyerasını bitirmək qərarına münasibət bildirib.

Sportal.az “RTP”yə istinadən xəbər verir ki, yığmamızın 69 yaşlı baş məşqçisi Pepe haqda bunları deyib:

“O, bizim tarixi nailiyyətlərimizdə inanılmaz idi. Pepe müdafiəmizin əsl sütunu idi, hər zaman Portuqaliya millisinin formasını geyinməyə, daim qalib gəlmək üçün mübarizə aparmağa hazır idi. Pepe məşqçilik etməkdən həzz aldığım ən böyük futbolçulardan biridir. O, həmişə əsl döyüşçü, qətiyyət və tam fədakarlıq nümunəsi olub. Dünya futbolu böyük oyunçunu itirir, lakin onun tarixi və nailiyyətləri əbədi olaraq qalacaq”.

Millimizin baş məşqçisi Portuqaliya yığmasına rəhbərlik edib.

Xəbər xətti