"Mançester Siti" derbiyə itki ilə çıxacaq

14:48 - 10 Avqust 2024

Bu gün İngiltərə Superkubokunun oyunu keçiriləcək.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, “Mançester Siti” “Mançester Yunayted”lə matça itki ilə çıxacaq.

“Şəhərlilər”in aparıcı üzvü Cek Qriliş zədə səbəbindən İngiltərə Superkubokunda oynamayacaq.

O, son məşqdə zədələnərək sıradan çıxıb. Ötən mövsüm Qrealiş "Mançester Siti"nin heyətində 36 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

28 yaşlı futbolçu İngiltərə millisinin AVRO-2024 üçün heyətinə daxil edilməmişdi.

Xəbər xətti