"Mançester Yunayted"in futbolçusu Aaron Van-Bissaka komandasını dəyişməyə yaxındır.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, müdafiəçi "Vest Hem"lə danışıq aparır.
Tərəflər arasında razılıq əldə edildiyi bildirilir. London təmsilçisi Bissaka üçün klubuna 15 milyon funt sterlinq ödəyəcək.
O, bu gün həkim müayinəsindən keçəcək və hansısa problem yaranmasa, rəsmi müqavilə imzalanacaq.
26 yaşlı futbolçu 2019-cu ildə "Kristal Pelas"dan "Mançester Yunayted"ə keçib. Onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi