"İnter" Argentina millisinin üzvü ilə müqavilə imzaladı - RƏSMİ

20:24 - 12 Avqust 2024

İtaliyanın "İnter" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Milan təmsilçisi kapitan Lautaro Martinesin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı forvard 2029-cu ilin yayına kimi İtaliya çempionuna məxsus olacaq.

Qeyd edək ki, "İnter" lautaro Martinesi 2018-ci ilin iyul ayında Argentinanın "Rasinq" klubundan transfer edib. Argentina millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 27 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti