"Yuventus" qapıçı Voyçex Şesninin gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər bverir ki, Turin təmsilçisi polşalı qapıçı ilə yollarını ayıracaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
34 yaşlı qolkiper ilə klub arasında gələn ilin yayında başa çatmalı olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsi ilə bağlı anlaşma əldə olunub.
Qeyd edək ki, "Yuventus" Voyçex Şesnini 2017-ci ilin iyul ayında "Arsenal"dan transfer edib. Polşa millisinin üzvü ötən mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 37 rəsmi matçda qapısında 35 qol görüb.
saytlarin hazirlanmasi