İngiltərənin "Fulhem" klubu müqaviləsi başa çatan Villianla bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi braziliyalı vingerin sözləşməsinin müddətini uzatmayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı ön xətt oyunçusu azad agent statusu alıb.
Qeyd edək ki, Villian 2022-ci ilin sentyabr ayından "Fulhem"də çıxış edirdi. Braziliya millisinin üzvü ötən mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi