"Yuventus" türk futbolçunun maaşını artırdı, 10 nömrəli formanı verdi

21:44 - 16 Avqust 2024

İtaliyanın "Yuventus" klubu Kenan Yıldızla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Turin təmsilçisi türk futbolçunun müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı hücumçu 2029-cu ilin yayına kimi "Yuventus"a məxsus olacaq.

"Ağ-qaralar" gənc forvarda 10 nömrəli formanı verib. Futbolçunun illik maaşı da 1 milyon 600 min avroya qaldırılıb.

Qeyd edək ki, "Yuventus" Kenan Yıldızı 2022-ci ilin yayında "Bavariya"dan transfer edib. Türkiyə millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti