"Arsenal"ın müdafiçisi Villian Saliba klubun tarixinə düşüb.
Sportal.az xəbər verir ki, fransalı futbolçu "topçular"ın heyətində İngiltərə Premyer Liqasında 50 qələbəyə ən tez çatan futbolçu olub.
23 yaşlı mərkəz müdafiəçisi London təmsilçisinin forması ilə 66 matçda 50-ci qələbə sevincini yaşayıb. Rekord Premyer Liqanın 1-ci turunun "Vulverhempton"la görüşündə qeydə alınıb.
Daha əvvəl bu göstəricidə "Arsenal"ın sabiq müdafiəçisi namo Monreal lider idi. İspan futbolçu 50 qələbəyə 70-ci oyunda çatmışdı.
saytlarin hazirlanmasi