"Mançester Siti" Rodrini uzun müddət komandada saxlamaq istəyir.
Sportal.az xəbər verir ki, İngiltərə çempionu ispan yarımmüdafiəçinin müqaviləsini uzatmağı planlaşdırır. Bu "Mirror" nəşri məlumat yayıb.
"Mançester Siti" Rodrininmaaşını iki dəfə artıraraq ona həftəlik 375 min funt-sterlinq təklif edəcək. Tərəflər arasında qısa müüdətdə anlaşma əldə olunacağı bildirilir.
Qeyd edək ki, "Mançester Siti" Rodrini 2019-cu ilin yayında "Atletiko"dan transfer edib. İspaniya millisinin üzvü "şəhərlilər"in heyətində meydana çıxdığı 257 rəsmi matçda 26 qol və 30 məhsuldar ötürmə ilə yadda qalıb. 28 yaşlı dayaq yarımmüdafiəçisinin klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi