"Arsenal"ın yarımmüdafiəçisi Fabio Vieyra “transfer pəncərəsi” zamanı komandasını dəyişə bilər.
Sportal.az "Sun Sport"a istinadən xəbər verir ki, London təmsilçisi portuqaliyalı üçün yeni komanda axtarışlarına başlayıb.
“Topçular” Vieyranı icarəyə göndərməyi planlaşdırır. Hələlik heç kim kluba rəsmi təkliflə müraciət etməyib. Fabio Vieyra 2022-ci ildə "Porto"dan "Arsenal"a keçib. Bu müddət ərzində yarımmüdafiəçi əvvəlcədən gözlədiyi qədər oyun praktikası ala bilməyib.
24 yaşlı futbolçu 2027-ci il iyunun 30-na qədər "Arsenal"a məxsusdur.