İngiltərə millisinin və "Brentford"un hücumçusu İvan Toni "Mançester Yunayted"lə müqavilə imzalamayacaq.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, Mançester təmsilçisi Toni üçün transfer detallarını reallaşdırmağı bacarmayıb.
Belə ki, Premyer Liqa klubu Səudiyyə Ərəbistanından bir klubla mübarizədən məğlub ayrılıb.
Toninin "Əl-Əhli"yə keçidi gündəmdədir. İngiltərəli forvard 2023/2024 mövsümündə 17 matçda 4 qol vurub və 2 asist edib.
saytlarin hazirlanmasi