Milli komandamızın sabiq üzvü Birinci Liqa klubu ilə anlaşdı

13:49 - 20 Avqust 2024

Azərbaycan milli komandasının sabiq üzvü Cavid Tağıyev yeni sezona Birinci Liqada başlayacaq.

Sportal.az saytına verilən məlumata görə, 32 yaşlı yarımmüdafiəçi MOİK-lə anlaşıb.O, 2024/2025 mövsümünü “hərbçilər”in heyətində keçirəcək.

Tağıyev ötən mövsümə “İrəvan”da başlayıb, “Cəbrayıl”da yekunlaşdırmışdı.

O, karyerası ərzində “Turan Tovuz”, AZAL, “Qarabağ”, “Zirə”, “Sumqayıt”, “Sabah”, “Səbail” klublarında da oynayıb.

Xəbər xətti