Noyabrda Bakıda COP-29 beynəlxalq tədbiri keçiriləcəyinə görə AFFA Azərbaycan millisinin Millətlər Liqasının Estoniyaya qarşı oynayacağı görüşünü bölgədə keçirilməsini istəyir.
Sportal.az saytına verilən məlumata görə, Estoniyaya qarşı matçın Qəbələ şəhər stadionunda baş tutması gözlənilir.
Milli komandamızın baş məşqçisi Fernandu Santuş artıq həmin stadionda olub və şəraitdən razı qalıb. AFFA UEFA və Estoniya Futbol İttifaqı ilə danışıqlar aparır və tərəflərin razılığa gələcəyi gözlənilir.
Azərbaycan - Estoniya oyunu noyabrın 16-da keçiriləcək və saat 18:00-da başlayacaq.