"Hələ ki, klubsuzam. Fərdi məşqlər edirəm. Formada qalmaq istəyirəm. Təəssüf ki, hələ heç bir klubla razılıq olmayıb. Təkliflər var idi. Amma orta müqavilə imzalamamışam".
Bu sözləri Sportal.az saytına açıqlamasında millimizin qolkiperi Rəşad Əzizli deyib.
Ötən mövsüm "Qəbələ"nin qapısını qorumuş Əzizli hələ ki, klubsuzdur. O, karyerasını harada davam etdirəcəyi ilə bağlı hələ ki, qərarsızdır:
"Bundan sonra necə olacaq? Hər halda, hansısa klubla müqavilə imzalayaram. Ötən mövsümü də yaxşı keçirdiyimi düşünmürəm. Nəyə görə indiyə qədər klubsuz qalmışam, bilmirəm. Bir-iki klubla maliyyə məsələsində razılığa gəlmədik. Ancaq istənilən halda, komandalardan biri ilə razılaşacağımı düşünürəm. Sadəcə indi gözləmə mövqeyindəyəm. Ümid edirəm ki, yaxın vaxtlarda Premyer Liqa klublarından biri ilə müqavilə imzalayacam".
saytlarin hazirlanmasi