Portuqaliya millisinin üzvü "Çelsi"də

16:49 - 21 Avqust 2024

Portuqaliya millisinin forvardı Joao Feliks "Çelsi"də oynayacaq. 

Sportal.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Feliks bununla da, sabiq komandasına qayıtmış olub.

24 yaşlı forvard 2019-cu ildən “Atletiko”da oynayırdı.

Lakin ötən mövsümün ikinci yarısında "Çelsi"yə icarəyə verilmişdi. 

O, 2031-ci il iyunun 30-na qədər İngiltərə klubuna məxsus olacaq.

Xəbər xətti