"Arsenal" Mikel Arteta ilə yoluna davam edəcək.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "topçular" ispaniyalı mütəxəssislə anlaşıb.
Belə ki, yeni anlaşmaya əsasən 42 yaşlı məşqçi "Arsenal"ı 2028-ci ilə qədər çalışdıracaq.
Onun müqaviləsi 2025-ci il iyunun 30-na qədər idi.
Arteta 2019-cu ildən London klubunu çalışdırır. O, məşqçiliyə məhz "Arsenal"da başlayıb.
saytlarin hazirlanmasi