İngiltərə millisinin üzvü Kobbi Mainu "Mançester Yunayted"də qala bilər.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" onun performansından razı qaldığı üçün yeni müqavilə təklif edib.
"Mançester Yunayted"lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədər qüvvədə olan 19 yaşlı yarımmüdafiəçi 2030-cu ilə qədər bu kluba məxsus ola bilər.
Mainu 2023/2024 mövsümündə İngiltərə Premyer Liqasında 24 oyuna çıxıb, 3 qol vurub və 1 asist etmişdi.
saytlarin hazirlanmasi