"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının ikinci turunda "Aston Villa" üzərində qazanılan qələbəni şərh edib.
Sportal.az xəbər verir ki, “BBC”yə danışan ispaniyalı mütəxəssis komandasının ümumi durumunu dəyərləndirib:
“Oyunda işlərimizin yaxşı getmədiyi vaxtda qapıçımız David Rayya bizi inanılmaz şəkildə xilas etdi. Fikrimcə, bu çox vacib epizod idi. Bu stadionda oynamaq çox çətindir. Şadam ki, biz üç xalı qazana bildik. Öz şansımızı gözlədik və qalib gəldik”.
“Arsenal” Leandro Trossard və Tomas Partinin vurduğu qollarla bu görüşdə 2:0 qalib gəlib. Beləliklə, “topçular” Premyer Liqanın turnir cədvəlinə altı xalla , qol buraxmaqdan başçılıq edir.