"Napoli"nin forvardı Viktor Osimhen PSJ-yə keçməkdən imtina edib.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, nigeriyalı futbolçu Səudiyyə Ərəbistanına yollana bilər.
O, bu ölkənin "Əl-Əhli" klubuna keçməyə hazırlaşır. Hazırda tərəflər arasında danışıqlar aparılır.
Osimhen 2020-ci ildən "Napoli"də çıxış edir. O, 2026-cı il iyunun 30-na qədər Neapol klubuna məxsusdur.
saytlarin hazirlanmasi