Kolumbiya millisinin üzvü Xuan Kuadrado “Atalanta"ya keçib.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli futbolçu yeni komandasına azad agent kimi transfer olub.
O, “Atalanta” ilə bir illik müqavilə imzalayıb. Ötən mövsümü "İnter"də keçirmiş Kuadrado ciddi zədə səbəbindən A Seriyasında cəmi 10 matçda iştirak edib.
Kolumbiyalı həmçinin "İndependiente Medelyin", "Udineze", "Leççe", "Fiorentina", "Çelsi" klublarında da oynayıb.