İtaliya millisinin üzvü "Liverpul"la razılaşdı

14:47 - 27 Avqust 2024

Federiko Kyeza "Liverpul"a keçməyə razılaşıb.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, “Yuventus”un yarımmüdafiəçisi artıq İngiltərəyə yollanmağa razılıq verib.

Artıq tərəflər arasında razılıq verib.

Daha əvvəl “qoca sinyora”nın yeni baş məşqçisi Tiaqo Motta Kyezanın planlarına daxil olmadığını təsdiqləyib.

Qeyd edək ki, Kyezanın "Yuventus"la müqavilə müddəti 2025-cı il iyunun 30-na qədər qüvvədə idi.

Xəbər xətti