“Arsenal” İspaniya millisinin yarımmüdafiəçi Mikel Merinonun transferini çərşənbə axşamı elan etdi.
Sportal.az “The Sun”a istinadən xəbər verir ki, “topçular” transfer üçün “Real Sosyedad”a 32,5 milyon avro, üstəgəl 4 milyon bonus ödəyəcək.
Bu keçidi İngiltərə klubunun baş məşqçisi Mikel Arteta şərh edib.
“O, çox təcrübəli və çox universal futbolçudur. Mikel bizi həm texniki, həm fiziki, həm də əqli cəhətdən gücləndirəcək”.
28 yaşlı futbolçu 2028-ci il iyunun 30-na qədər “Arsenal”a məxsus olacaq.
saytlarin hazirlanmasi