İngiltərə millisindəki karyerasını başa vurdu

18:20 - 29 Avqust 2024

Kiran Trippyer İngiltərə milli komandasındakı gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, "Nyukasl"ın müdafiəçisi milli karyerasını başa vurub. 33 yaşlı futbolçu bu barədə öz sosial şəbəkə hesablarında paylaşım edib.

Qeyd edək ki, Kiran Trippyer İngiltərə milli komandasında 2017-ci ilin iyun ayında debüt edib. Təcrübəli sağ cinah müdafiəçisi yığmanın heyətində meydana çıxdığı 54 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti