"Mançester Yunayted"dən "Çelsi"yə

13:46 - 1 Sentyabr 2024

"Mançester Yunayted"in futbolçusu Ceydon Sanço komandasını dəyişib.

Sportal.az xəbər verir ki, ingilis yarımmüdafiəçi icarə əsasında “Çelsi”yə keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

"Zadəganlar" icarə müqaviləsi başa çatdıqdan sonra onun transfer hüququna sahib çıxa bilər.

O, 2025-ci il iyunun 30-na qədər “Çelsi”də oynayacaq. Sanço karyerası ərzində “Borussiya”(Dortmund) da oynayıb.
 

Xəbər xətti