Azərbaycan - İsveç matçının hakimi bəlli oldu

14:17 - 2 Sentyabr 2024

Azərbaycan milli komandasının sentyabrın 5-də İsveç yığması ilə Bakıda keçirəcəyi UEFA Milətlər Liqasının I tur oyununun hakim təyinatları açıqlanıb.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək:

5 sentyabr

Azərbaycan - İsveç

Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:00
Baş hakim: Balázs Berke
Baş hakimin köməkçiləri: Vencel Tóth, Balázs Szert
Dördüncü hakim: Csaba Pintér

Xəbər xətti