Slovakiya millisinin üzvü: "Azərbaycanı qiymətləndirməmək olmaz"

15:49 - 3 Sentyabr 2024

Slovakiya milli komandasının vingeri Lukas Haraslin Millətlər Liqasının C1 qrupunun Estoniya (5 sentyabr) və Azərbaycan (8 sentyabr) komandalarına qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bildirib. 

Sportal.az xəbər verir ki, Slovakiya Futbol Federasiyasının rəsmi saytına danışan təcrübəli futbolçu görüşlər haqda bunu deyib:

"Bunlar vacib matçlardır. Təkmilləşməyə davam etməliyik. Azərbaycan və Estoniyanı qiymətləndirməmək olmaz. Bunlar AVRO-2024-dəki matçlardan fərqli olacaq, lakin biz yaxşı oynamaq və qrupdan növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik. Bizim Azərbaycanla görüşlərdə təcrübəmiz var. Estoniya bizim də məğlub etmək istədiyimiz rəqibdir".
 

Xəbər xətti