Emin Mahmudov: "Heç vaxt klubdakı problemləri milliyə gərtirməmişəm"

18:59 - 4 Sentyabr 2024

Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov UEFA Millətlər Liqasının İsveçlə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az 32 yaşlı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:

- Sabah bizi çox yaxşı komandaya qarşı oyun gözləyir. Yaxşı oyun göstərməyə çalışacağıq. Bilirik ki, rəqibin yaxşı futbolçuları var. Bizim məqsədimiz var. Qalib gəlmək istəyirik.

- İsveç millisi revanş almaq istəyəcək. Motivasiyanız necədir?

- İsveçə qarşı son matç karyeramın ən yaxşı oyunlarından biri oldu. Komandaya kömək edəcəm. Allah qoysa, yaxşı oynayarıq.

- Fernandu Santuşla ilk dəfədir çalışırsız...

- Normal bir məşq keçirdik. Yavaş-yavaş onun oyun fəlsəfəsini həyata keçiririk.

- "Neftçi"də əhval-ruhiyyə yaxşı deyil. Millidə bunu unutmaq üçün nə edirsən?

- Heç vaxt klubdakı problemləri milliyə gərtirməmişəm. Çalışmışam ki, hərəsinə ayrı-ayrı yanaşım. Milliyə gələndə heç nə düşünmürəm. Problemlər çox olur. Amma kənarda qoyub, millini düşünürəm.

- Ötən qalibiyyətin təsadüf olmadığını sübut etmək üçün nə edəcəksiz?

- Maksimum diqqətli olmalıyıq. Bizi çox yaxşı rəqib və çox güclü oyunçular gözləyir. Çalışacağıq ki, mübarizə göstərərək, öz futbolumuzu oynayaq. 

- Hansı futbolu oynayacaqsız?

- Bir günlə heç nəyi dəyişə bilmərik. Çox kompakt, topla oynamağa çalışacağıq. Alınacaq ya yox, bunu zaman göstərəcək.

Mirbağırağa

Xəbər xətti