Fernandu Santuş: "Futbolçuların fiziki forması yaxşıdır"

19:10 - 4 Sentyabr 2024

Azərbaycan milli komandası sabah UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Bakıda isveç yığmasını qəbul edəcək.

Sportal.az xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu Santuş matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İlk dəfədir ki, idman dəstində media önünə çıxırsız. Milli ilə ilk dəfə işlədiz. Nələri gördüz?

- Bu gün ikinci məşqimiz olacaq, artıq biri olub. Məşqdən öncəki iclaslarda millinin zəif nöqtələrini müzakirə etmişik. Oyunçuların texniki olaraq bəzi narazılıqları var, bu barədə müzakirəmiz oldu. Futbolçular özləri də başa düşür ki, çətinliklərimiz olacaq. Amma istək görürəm.

- Əvvəlki konfranslarda daha pozitiv idiz, indi qayğılı görünürsüz. İlk rəsmi oyundan öncə nə düşünürsüz?

- Mənim kefim yaxşıdır. Sadəcə sabah oyunumuz var və ona hazırlaşırıq. İsveç güclü və ciddi komandadır. Onların yeni baş məşqçisi var. Rəqibin son dörd oyununu izləmişik. Nəyə görə son 4? Ondan əvvəlki oyunlar bizə maraqlı deyil. Çünki başqa məşqçi idi. İsveçin müsbət və mənfi nöqtələri var. Biz onların mənfi nöqtələrinə fokuslanmışıq. Bu gün iclasda futbolçularla birlikdə rəqibin bəzi oyunlarını izləmişik. Oyunçularımıza başa salmışıq ki, İsveçin hansı boşluqları var, hücumları necə qarşılayaq və əks-hücuma necə çıxaq.

- Heyəti açıqlayarkən, mətbuat konfransında bildirdiz ki, futbolçuların fiziki hazırlığı klublarla bağlıdır. Bu da birmənalı qarşılanmadı. Sanki baş verə biləcək uğursuzluğu sığortaladığınız kimi başa düşüldü...

- Onların klubdan gəldikləri fiziki forması yaxşıdır. Heç bir problem görmürəm. Səbrli olun, hər şeyi görəcəksiz.

- Hər bir komandada lider oyunçu olur. Azərbaycan millisində kimi lider futbolçu kimi seçmisiz?

- Bizdə fərdi olaraq heç kim yoxdur, komandamız var.

- Bu mövsüm Nəriman Axundzadəni hansı oyununa görə milliyə cəlb etmisiz?

- Oyunçular haqda individual olaraq heç vaxt danışmıram.

Mirbağırağa

Xəbər xətti