Azərbaycan yığmasının UEFA Milətlər Liqasının II turunda Slovakiya ilə keçirəcəyi oyunun təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Damian Silvestrjaka olacaq. Ona Pavel Sokolniçki və Adam Karaseviç kömək edəcəklər.
Oyunda dördüncü hakim funksiyasını Martsin Koçanek yerinə yetirəcək.Qeyd edək ki, görüş sentyabrın 8-də Slovakiyanın Koşitse şəhərində baş tutacaq.
saytlarin hazirlanmasi