Uzun illər Azərbaycan milli komandasının şərəfini qorumuş, bu il peşəkar futbolçu karyerasını başa vuran Maksim Medvedev təltif edilib.
Sportal.az xəbər verir ki, UEFA Millətlər Liqasının qrup mərhələsinin I turu çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Azərbaycan – İsveç oyunundan əvvəl veteran futbolçu ölkə futbolundakı xidmətlərinə görə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və millimizdə ən çox oyun keçirmiş “Zirə” klubunun hazırkı baş məşqçisi Rəşad Sadıqov (111 oyun) tərəfindən təltif edilib. Ona simvolik olaraq çərçivəyə salınmış Azərbaycan milli komandasının forması təqdim edilib.
Qeyd edək ki, Maksim Medvedev 2009-2022-ci illər ərzində millimizin heyətində 81 oyun keçirib, 4 qol vurub.
saytlarin hazirlanmasi