Toral Bayramov: "Yaxşı oyunla qələbə qazanmağa çalışacağıq"

20:21 - 7 Sentyabr 2024

Azərbaycan milli komandasının müdafiəçisi Toral Bayramov UEFA Millətlər Liqasının sabah Slovakiya ilə keçiriləcək matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az 23 yaşlı futbolçunun fikirlərini diqqətinizə çatdırır:

"Bizi çox güclü kollektivə qarşı çətin oyun gözləyir. Rəqib son Avropa çempionatında uğurlu çıxış edib. Buna baxmayaraq, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirərək, yaxşı oyunla qələbə qazanmağa çalışacağıq. Bunu bacaracaq gücümüz var. Komandamızda ab-hava yaxşıdır”.

Xəbər xətti