Bu gün U-21 yığma komandamız AVRO-2025-in (U-21) seçmə mərhələsi çərçivəsində daha bir oyun keçirib.
Sportal.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv doğma meydanda Serbiya yığmasını qəbul edib. Qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan yığması Serbiyadakı görüşdə rəqibinə 0:2 hesabı ilə uduzmuşdu.
19:00 Azərbaycan (U-21) – Serbiya (U-21) 0:2 (İkinci hissə)
Qollar: Djurdyeviç, 26, Miyatovic, 40
“Dalğa Arena” stadionu, Bakı
Baş hakim Bastien Deçepu (Fransa)