Azərbaycan millisinə 16 oyunçu dəvət edildi

12:16 - 10 Sentyabr 2024

Sentyabrın 17-dən 21-dək Zlin şəhərində təlim-məşq toplanışı və Çexiya yığması ilə 2 yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisinin Bakıda toplanışı başlayıb.

Sportal.az xəbər verir ki, bu gün ilk məşqinə çıxan futzalçılarımız sentyabrın 16-dək paytaxtda hazırlıq keçəcək. Baş məşqçi Vitali Borisov məşqlərə 3-ü qapıçı olmaqla ümumilikdə 16 futzalçı dəvət edib.

Səfərə aparılacaq heyət toplanışın sonunda müəyyənləşəcək və əlavə məlumat veriləcək. Qeyd edək ki, Çexiya-Azərbaycan oyunları sentyabrın 19-da və 20-də Zlin şəhərində keçiriləcək.

Qapıçılar: Emin Kürdov, Vladislav Reznov (hər ikisi "Araz-Naxçıvan"), Kamran Hacıyev ("Baku Fire")

Meydan oyunçuları: Emil Həsənzadə Xəzər Ağalızadə, İlham Alıyev, Ülvi Əliyev (hamısı "Araz-Naxçıvan"), Tofiq Mikayılov, Nurlan Mehdizadə, Oktay Rüstəmli, Murad Quluzadə, Fərid Abbasov(("Baku Fire"), Fərid Atakişiyev, Mirzə Əmirov, Eldar Zeynalov, Seymur Məmmədov (Neftçi İK).

 

Xəbər xətti