Serbiya yığmasının baş məşqçisi: "Azərbaycanla matçda qələbə qazanacağımızı gözləyirəm"

13:44 - 10 Sentyabr 2024

Azərbaycan sırf müdafiəyə əsaslanan komandadır Serbiyanın U-21 yığma komandasının baş məşqçisi Lyubinko Druloviç bu gün Bakıda keçiriləcək AVRO-2025-in seçmə mərhələsinin Azərbaycana qarşı oyunu ilə bağlı fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, yerli federasiyaya danışan 55 yaşlı serbiyalı mütəxəssis yığma komandamız haqda da fikirlərini bildirib:

"Azərbaycanla matçda qələbə qazanacağımızı gözləyirəm. İstəyirəm ki, futbolçularımızın keyfiyyəti ön plana çıxsın və bizdə intizamlı oyun olsun. Rəqib sırf müdafiəyə əsaslanan komandadır, hücumda yaxşı oyunçular var. Uzun səfəri, eləcə də Bakıda bizi qarşılayan çox isti havanı nəzərə alsaq, uyğunlaşmaq üçün vaxt lazım idi. Amma əminəm ki, biz hazır olacağıq".

Qeyd edək ki, Azərbaycan(U-21) – Serbiya(U-21) matçına 19:00-da start veriləcək.

Xəbər xətti