Slovakiya millisinin məşqçisi Pavol Farkaş Sportal.az saytına açıqlama verib.
"Qəbələ"nin sabiq futbolçusu olmuş Farkaş saytımıza açıqlamasında Millətlər Liqasının C1 qrupunun Slovakiya - Azərbaycan oyunun haqda danışıb.
Slovakiyanın çalışdırıcısı Françesko Kaltsonanın məşqçilər korpusunda yer alan Pavol millimiz məğlub olsa da, onlar barədə müsbət fikirlər söyləyib:
"Azərbaycanla oyunda yaxşı oynadıq. Matça yaxşı başlamışdıq, iki qol vurduq və nəticəni xeyrimizə dəyişdik. Doğrudur, hansısa anlarda konsentrasiya itirdi. Azərbaycan millisi həmin anda iki real qol epizodu əldə etdi ki, bu da bizim konsentrasiyamızın itməsi ilə bağlıdır. Üçüncü qolu vurmaq alınmadı. Lakin fasilədən sonra da üstünlük bizim tərəfdəydi. Qalib gəldiyimiz üçün şadam. Azərbaycana qarşı Bakıdakı oyun da ağır keçəcək. Çalışacağıq ki, yaxşı nəticə qazanaq. Çətin olacağı dəqiqdir. Çünki Azərbaycan millisi yaxşı futbolçulardan qurulmuş komandadır".
saytlarin hazirlanmasi