İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, başa çatan ayın ən yaxşısı adına "Brayton"u çalışdıran Fabian Hürzeler layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
31 yaşlı mütəxəssisin rəhbərlik etdiyi kollektiv avqust ayında Premyer Liqada keçirdiyi 3 oyunda 7 xal toplayıb.
Qeyd edək ki, Fabian Hürzeler mövsümün əvvəlində "Brayton"un baş məşqçisi təyin olunub.
saytlarin hazirlanmasi