İngiltərənin "Çelsi" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Nilolas Ceksonun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Seneqallı forvard 2033-cü ilin yayına kimi London klubuna məxsus olacaq.
Qeyd edək ki, "Çelsi" Nikolas Ceksonu ötən ilin yayında "Vilyarreal"dan transfer edib. 24 yaşlı hücumçu cari mövsümdə "mavilər"in heyətində meydana çıxdığı 4 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi