AVRO-2025-in seçmə mərhələsinin 1-ci mərhələsinin Portuqaliya və Azərbaycan qadın milli komandaları arasında Vizele şəhərində keçiriləcək cavab oyununun biletləri artıq satışa çıxarılıb.
Sportal.az xəbər verir ki, biletlərin qiyməti sektordan asılı olaraq 2 və 5 avrodur (təxminən 4 və 9 manat).
Qarşılaşma oktyabrın 29-da “Estádio do Visela” stadionunda keçiriləcək.
Oyuna Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.