"Benfika"nın sabiq prezidenti millimizin baş məşqçisinin istefası haqda: "Santuş məni bağışladı"

17:23 - 15 Sentyabr 2024

Portuqaliyanın “Benfika” klubunun sabiq prezidenti Luis Filipe Vieyra keçmiş komandasının baş məşqçiləri ilə işlədiyi dövrü xatırladaraq, Azərbaycan milli komandasının hazırkı çalışdırıcısı Fernandu Santuşla əməkdaşlığa da toxunub.

Sportal.az “O Jogo”ya istinadən xəbər verir ki, Portuqaliya nəhənginin sabiq prezidenti Santuşun onu sonradan bağışladığını da etiraf edib:

"Mövsümün əvvəlində məşqçilərin işdən çıxarılması ümumiyyətlə qeyri-adi haldır. Bu hadisə ilə bir dəfə qarşılaşmışdım. Fernanduş Santuşu istefaya göndərdim, amma bu, xoşuma gəlmədi. Bunun niyə baş verdiyini özü yaxşı bilir. Lakin Santuş məni bağışladı. Bundan sonra isə mən bir daha belə məsuliyyəti üzərimə götürmədim".

Xatırladaq ki, millimizin çalışdırıcısı 2006-cı ilin iyulundan 2007-ci ilin avqustuna qədər “Benfika”da işləyib.
 

Xəbər xətti