Yığma komandamızda yeni məşqçi təyinatı

15:18 - 17 Sentyabr 2024

Azərbaycanın U-16 yığmasına yeni məşqçi təyin edilib.

Sportal.az saytına verilən məlumata görə, Elşən Poladov yığmada qapıçılarla işləyən məşqçi olacaq.

O, bu postda Faiq Əzizovu əvəzləyib. Qeyd edək ki, U-16 yığmamızın baş məşqçisi Aqil Nəbiyevdir.

Əlavə edək ki, Elşən Poladov həm də qapıçı məşqçilərinin koordinatorudur.

Poladov karyerası ərzində “Şəfa”, “Xəzər”(Sumqayıt”), “Turan”, “İnter”(indiki “Şamaxı”), AZAL, “Kəpəz” klublarının qapısını qoruyub.
 

Xəbər xətti