"İnter" futbolçulardan biri ilə yeni müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, söhbət Kristian Aslanidən gedir.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı Albaniya millisinin futbolçusunun müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Xatırladaq ki, Aslani 2022-ci ilin yayında “Empoli”dən Milan klubuna keçmişdi. O, ötən mövsüm A Seriyasında 23 matçda bir qol vurmuşdu.