"Liverpul"un qapıçısı: "Ola bilsin ki, fikrimiz heç bir əhəmiyyət kəsb etmir"

15:49 - 17 Sentyabr 2024

"Liverpul"un qapıçısı Alisson Çempionlar Liqasının yeni formatı haqda danışıb. 

Sportal.az “The Mirror”a istinadən xəbər verir ki, braziliyalı qolkiper ÇL-in yeni formatının ona maraqlı olub-olmaması fikirlərini bildirib:

"Azarkeşlər üçün heyrətamizdir. Ancaq bəzən heç kim oyunçulardan daha çox oyunun əlavə olunması barədə nə düşündüklərini soruşmur. Ola bilsin ki, bizim fikrimiz heç bir əhəmiyyət kəsb etmir".

Qeyd edək ki, Çempionlar Liqası bu mövsümdən yeni formatdan keçiriləcək. “Liverpul” bu gün “Milan”la oyuna çıxacaq.
 

Xəbər xətti