"Napoli"nin idman direktoru Covanni Manna bildirib ki, klub komandanın aparıcı üzvü Xviça Kvaratsxeliya ilə müqavilə müddətini artırmaq istəyir.
Sportal.az “Sky Sports”a istinadən xəbər verir ki, 23 yaşlı gürcü futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.
Klub rəsmisi məsələ haqda bu cür danışıb:
"Onun üç illik müqaviləsi var. Kvara ilə maraqlanan klublar var, amma biz əməkdaşlığımızı davam etdirmək istəyirik. “Napoli” müqaviləni artırmaq uzatmaq üçün agentləri ilə işləyir".
saytlarin hazirlanmasi