"Mançester Sİti"nin daha bir futbolçusu təqvimin sıxlığından şikayıtlənib.
Sportal.az xəbər verir ki, Kevin De Bröynedən sonra "şəhərlilər"in müdafiəçisi Manuel Akanji də oyunların sayının çox olduğunu bildirib. 29 yaşlı isveçrəli futbolçu belə davam edəcəyi təqdirdə karyerasını tez başa vuracağını deyib:
"FIFA və UEFA oyunların sayını artırır. Futbolçuları da düşünmək lazımdır. Çox məşq edirik, amma biz də insanıq, bizim də cınımız var. Belə getsə, 30 yaşda karyeramı bitirəcəyəm".
Qeyd edək ki, "Mançester Siti" Manuel Akanjini 2022-ci ilin yayında Dortmund "Borussiya"sından transfer edib. Təcrübəli mərkəz müdafiəçisi Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 101 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi