15 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində ilk oyununu keçirib.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, millimiz Belarus Futbol Federasiyasının Futbol Kompleksində meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş Belarus komandasının 8:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 86-cı dəqiqədə Könül Hüseynova vurub.
Turnir çərçivəsində bu gün keçirilən digər oyunda Rusiya yığması Özbəkistan seçməsini 9:0 hesabı ilə məğlub edib.
Azərbaycan milli komandası növbəti oyununu sentyabrın 19-da Özbəkistan yığmasına qarşı keçirəcək.
saytlarin hazirlanmasi